13:20 23 Sentyabr 2019 202

İran və Səudiyyə ətrafında baş verənlər neftin qiymətinə necə təsir edəcək? | Aparalel

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb.

Bəs İran və Səudiyyə Ərəbistanı ətrafında baş verənlər neftin qiymətinə necə təsir edəcək?

APA TV-nin “ APAralel” verilişin qonaqları, ekspertlər, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban və Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan mövzu ilə bağlı müzakirə aparıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın