12:40 06 Mart 2020 262
Ana səhifə Azərbaycan Filmləri

Binanın damında son bir ayda ikinci yanğın baş verib - RUHİ XƏSTƏ TƏRƏFİNDƏN TÖRƏDİLDİYİ DEYİLİR

Bakının Nəsimi rayonunda, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında növbəti dəfə yanğın baş verib.

APA Tvxəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.Yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğının binada yaşayan ruhi-əsəb xəstəsi tərəfindən törədildiyi deyilir.

Qeyd edək ki, yanğınla əlaqədar ətraf küçələrdə hərəkət məhdudlaşdırılıb.

Xatırladaq ki, bu, sözügedən binada qeydə alınmış ilk yanğın deyil, bundan əvvəlki yanğın fevral ayının 20-də qeydə alınmışdı.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın