16:40 01 Fevral 2020 375
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 01.02.2020

1. Meyxana ustası, “Şöhrət” ordenli Ağasəlim Çıldağ - Ağasəlim Əliağa oğlu Səlimov 1 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub.

2. Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Xumar Qədimova 1966-cı il fevralın 1-də Qazax rayonunda anadan olub.

3. Rusiya Federasiyasının ilk Prezidenti Boris Yeltsin 1931-ci il fevralın bu günü Sverdlovsk vilayətinin Butka kəndində dünyaya gəlib.

4. Şəhid Nəbi Surxay oğlu Zeynalov 1 fevral 1975-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub.

5. Məşhur türkiyəli müğənni, bəstəkar, aktyor və televiziya prodüseri Barış Mançonun xatirə günüdür.

6. Bu gün Azərbaycanın xalq artisti, aktyoru və rejissoru, ssenari müəllifi Lütfi Şahbaz oğlu Məmmədbəyovun anım günüdür.

7. Azərbaycan əməkdar artisti, müğənni və aktyor Firudin Mehdi oğlu Mehdiyevin xatirə günüdür. 8. Bu gün müğənni və aktyor Rüfət Sabir oğlu Mehdiyevin anım günüdür. O, 7 iyul 1969-cu ildə Bakıda anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın