12:00 01 May 2020 209
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 01.05.2020

BEYNƏLXALQ ƏMƏK GÜNÜ

1. Mayın 1-i dünyanın bir çox ölkələrində Beynəlxalq Əmək günü və Dünya Zəhmətkeşlərinin Həmrəylik günü qeyd olunur. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır. 1886-cı il mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhləhər gün 10-15 saat işləmələrinə etiraz edərəknümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb. Üç il sonra fəhlə partiyalarının beynəlxalq birliyi - II İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq, 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayram qeyd olunub. Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib. 1992-ci ildə Azərbaycan hökuməti bu bayramı totalitar quruluşun ideolojiatributu kimi ləğv edib.

PƏNAHİ MAKULU

(1900-1971)

2. Azərbaycanyazıçısı Abbas Hacı Ələkbər oğlu Pənahi Makuli1900-cü il mayın 1-də Güney Azərbaycanın Makuşəhərində ziyalı ailəsində anadan olub. İlk təhsilini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli “Xeyriyyə” məktəbində alıb. 15 yaşından ana dilində satirik şeirlər yazmağa başlayıb. “Pərişan” adlanan, sonralar “Sirli çoban” adı altında çap olunan ilk nəsr əsəri “Yeni fikir” qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutub. 1936-cı ildə siyasi görüşlərinə görə həbs olunaraq Zəncana sürgün edilib. Daha sonra Seyid Cəfər Pişəvərinin Azərbaycan Demokratik Firqəsinə üzv olub, partiyanın rəhbər orqanlarına seçilib, Milli Hökumətdə Siyasi İdarənin rəisi olub. 1946-cı ildə Milli Hökumət devrildikdən sonra Bakıya gələn yazıçı bundan sonra bütün ömrünü Quzey Azərbaycanla bağlayıb.“Mübarizlər”, “Səttarxan”, “Gizli zindan”, “Xiyabani”, “Heydər əmioğlu”, “Xacələr”, "Təbriz Gecələri" və başqa əsərlərin müəllifidir. Abbas Pənahi Makulu 1971-ci il sentyabrın 29-da Bakıda vəfat edib.

İSİ MƏLİKZADƏ

(1934-1995)

Yazıçı İsi Abbas oğluMəlikzadə 1 may 1934-cü ildə Ağcabədi rayonunda dünyaya gəlib. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsini bitirib. Bir müddət neft sahəsində çalışıb, sonra «Ulduz» jurnalında, «Azərnəşr»də, «Azərbaycan» jurnalında və kinostudiyada işləyib. «Həsrətin sonu», «Kövrək qanadlar», «Küçələrə su səpmişəm», «Yaşıl gecə», «Günəşli payız», «Dədə Palıd» kitablarının müəllifidir. İsi Məlikzadə 1995-ci il dekabrın 5-də Bakıda vəfat edib və öz və­siy­yə­ti­nə uy­ğun ola­raq Ağca­bə­di­də dəfn olun­ub.

MAYİS AĞABƏYOV

(1941)

Azərbaycanın xalq rəssamı Mayis Əlişir oğlu Ağabəyov1941-ci ilmayın bu günü Bakıda anadan olub. 1961-ci ildəAzərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəpedaqoji fəaliyyət göstərib. "Humay" milli mükafatına layiq görülən Mayis Ağabəyov hazırdaAzərbaycan Dövlət Rəssamlıq Akademiyasında"Akademik rəngkarlıq" kafedrasının professorudur.

FİRƏNGİZ MÜTƏLLİMOVA

(1959)

Azərbaycanın xalq artisti, aktrisa Firəngiz Bəhər qızı Mütəllimova 1 may1959-cu ildə Ağcabədi rayonunun Üzeyirli kəndində anadan olub. 1976-80-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib, eyni zamanda kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib. «Qılınc və qələm», «Xurşidbanu Natəvan», «Şeyx Xiyabani», «Sənsiz», «Mənim ərim dəlidir» və başqa tamaşalarda çıxış edib. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış«Səni axtarıram», «Bağışla», «Səninlə və sənsiz», «Unutmaq olmur», «Yad qızı» kimi teletamaşalara, «Azərbaycanfilm» kinostudiyasında istehsal edilmiş «Qaçaq Nəbi», «Qocalar, qocalar», «Bəyin oğurlanması», «İşarəni dənizdən gözlə» bədii filmlərinə, «Mənim ağ şəhərim» və «Şərəf» telefilmlərinə çəkilib.

GÜLYAZ MƏMMƏDOVA

(1970)

Azərbaycanın xalq artisti, xanəndə Gülyaz Zakir qızı Məmmədova 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya göz açıb.Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsində təhsil alıb. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının, Milli Opera və Balet Teatrının solisti olub. "Leyli və Məcnun", "Aşıq Qərib", "Arşın mal alan", "Gəlin qayası", "Vaqif"və başqa operalarda yaddaqalan obrazlar yaradıb. Hazırda AzərbaycanMilli Konservatoriyası nəzdindəki Musiqi Kollecində və Bakı Humanitar Kollecində dərs deyir.

BAXŞEYİŞ PAŞAYEV

(1936-1992)

Azərbaycanın Milli Qəhrəmanı Baxşeyiş Xanəhməd oğlu Paşayev 1936-cı il mayın bu günü Ağdam rayonununƏhmədavar kəndində doğulub. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Xalq hərəkatı başladıqdan sonra "Qarabağ Müdafiə Şahinləri" dəstəsinin ən fəal üzvlərindən biri olub. Xramort, Xanabad, Naxçıvanik vəAranzəministiqamətində döyüşlərdə fəal iştirak edib, Xocalı faciəsizamanı onlarla dinc sakini xilas edib. Baxşeyiş Paşayev 1992-ci il iyulun 12-dəXanabadkəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, doqquz övladı yadigar qalıb.

FAİQ CƏFƏROV

(1974-1999)

Azərbaycanın Milli Qəhrəmanı Faiq Əliqulu oğlu Cəfərov 1 may 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulub.Bakı Maşınqayırma Texnikumunu bitirib. 1992-ci ildən Milli Ordu sıralarında hərbi xidmətə başlayıb.Naxçıvan Muxtar Respublikasına hücumlarının dəf edilməsində, 1995-ci ilin 13-17 mart hadisələri zamanı dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib və ağır yaralanaraq ordudan tərxis olunub. Azərbaycan Prezidentinin 27 dekabr 1995-ci il tarixli fərmanı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bir ildən sonra yenidən orduya qayıdıb və Sərhəd Qoşunlarında xidmət edib. Faiq Cəfərov 19 avqust 1999-cu ildə avtomobil qəzası nəticəsində vəfat edib və doğulduğu kənddə dəfn edilib. İki övladı yadigar qalıb.

AYAZ QULİYEV

(1967-1993)

Şəhid Ayaz Ağahüseyin oğlu Quliyev 1 may1967-ci ildəŞamaxırayonunun Cəyirli kəndində anadan olub. Hacıqabulda tikinti idarəsində işləyib. 1993-cü ildəHacıqabul rayonundan Milli Ordu sıralarına çağırılıb, Ağdam rayonunun Qərvəndvə Şelli kəndlərində döyüşlərdə iştirak edib.Əsgər Ayaz Quliyev31 avqust1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olub və Şamaxırayonunda dəfn olunub.

MƏMMƏD SƏİD ORDUBADİ

(1872-1950)

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi, bir sıra tarixi romanların müəllifi Məmməd Səid Ordubadinin anım günüdür. O, 1872-ci il martın 24-də Ordubad şəhərində dövrünün tanınmış ziyalısı və şairi Hacıağa Fəqirin ailəsində anadan olub. İlk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı müəllimin məktəbində alıb. Sonralar Məhəmməd Tağı Sidqinin açdığı üsuli-cədid məktəbində oxuyub. Ədəbi yaradıcılığa 14-15 yaşlarından başlayıb. 1903-cü ildə "Şərqi-Rus" qəzetində qəzetin nəşrə başlanmasını alqışlayan ilk şeri çap olunub. 1906-cı ildə Tiflisdə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabları çap edilib. "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılığına böyük təsir göstərib. Bakıda çıxan bir sıra qəzetlərin fəaliyyətində, "Tuti", "Babayi-Əmir" jurnallarında yaxından iştirak edib. Lakin hökumət dairələrinin ona qarşı artan şübhələri nəticəsində 1914-cü ilin yanvarında Saritsın şəhərinə sürgün edilib. 1917-ci ildə bolşevik inqilabı sayəsində azad olunub, 1918-ci ildə Kommunist Partiyası sıralarına daxil olub və Azərbaycan bolşeviklərinin dəvəti ilə Həştərxana gedərək orada "Hümmət" qəzeti ilə əməkdaşlıq edib. 1-3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, “Lenin” və "Şərəf nişanı" ordenləri ilə təltif olunub. Məmməd Səid Ordubadi 1 may 1950-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

NATƏVAN HACIYEVA

(1942-2019)

Azərbaycanın əməkdar artisti, televiziya diktoru və aparıcı Natəvan Əsgər qızı Hacıyeva 2019-cu il mayın bu günü Bakıda vəfat edib. O, 1942-ci ildəBakıda ziyalı ailəsində dünyaya gəlib.Orta məktəbi bitirdikdən sonra Pedaqoji Universitetə daxil olub.1960-cı ildə Azərbaycan Dövlət Televiziyasında keçirilən diktorluq müsabiqəsində qalib gəlib, həmin il avqustun 22-də ilk dəfə efirə çıxıb və həmin vaxt ilk peşəkar diktor ştatı onun üçün açılıb. Uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışan Natəvan hacıyeva 2010-cu ilin avqustun 25-də“Qızıl qələm” mükafatına layiq görülüb.

ZÖHRAB ƏMİRXANLI

(1958-2017)

Azərbaycanın tanınmış jurnalisti Zöhrab Əmirxanlının xatirə günüdür. O, 24 dekabr 1958-ci ildəŞamaxı rayonundadoğulub. Şamaxı internat məktəbinin VIII sinfini fərqlənmə şəhadətnaməsi ilə bitirdikdən sonra Şamaxı Pedaqoji Texnikumuna imtahansız qəbul olub. Buranı bitirdikdən sonra ŞamaxınınXilmillikəndindəüç il müəllim kimi fəaliyyət göstərib. 1982-87-ci illərdəAzərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Peşəkar jurnalist fəaliyyəti dövründə ölkənin bir sıra populyar mətbu orqanlarında çalışıb, Azərbaycan müstəqil mətbuatının əsasını qoyanlardan olub. Uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Zöhrab Əmirxanlı1 may2017-ci ildə dünyasını dəyişib və Şamaxıda dəfn olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın