17:20 02 Dekabr 2019 30
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 02.12.2019

1) Türkçülük ideyasının öndə gedən təmsilçilərindən olan tatar əsilli Türkiyə siyasətçisi və yazıçısı YUSUF BƏY AKÇURALI 1876-cı ilin bu günü Rusiyanın Ulyanovsk vilayətinin Simbirsk şəhərində anadan olub.

2) Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim KƏRIM BƏY MIRZƏ MUSTAFA BƏY OĞLU MEHMANDAROV 2 dekabr 1854-cü ildə bu günü Şuşa şəhərində dünyaya gəlib.

3) İkinci Dünya müharibəsinin iştirakçısı NƏCƏF NƏRIMANOV 2 dekabr 1919-cu ildə SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun ailəsində, Moskva şəhərində anadan olub.

4) AZƏRBAYCANIN MILLI QƏHRƏMANI ƏNVƏR ARAZOV 1953-cü ildə Gəncə şəhərində anadan olub.

5) AZƏRBAYCANIN MILLI QƏHRƏMANI YUSIF ƏLIYEV 2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olub.

6) Şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı MALIK FƏRRUX OĞLU İBRAHIMOV 1998-ci il dekabrın 2-də vəfat edib.

7) Görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti MƏLIK YUSIF OĞLU DADAŞOV 1996-cı ildə 72 yaşında vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın