00:01 03 Aprel 2020 318
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 03.04.2020

1. Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru Heydər Nəcəf oğlu Hüseynov 1908-ci il aprelin 3-də tacir ailəsində anadan olub. 12 yaşında Bakının 18 saylı məktəbinin şagirdi olub.

2. Azərbaycan paleontologiyası məktəbinin banisi, arxeoloq, tarix elmləri doktoru, professor Məmmədəli Murad oğlu Hüseynov 3 aprel 1922-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olub.

3. 3 aprel eyni zamanda Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya şöhrətli pediatr, AMEA-nın fəxri üzvü İhsan Doğramacının doğum günüdür.

4. Almaniya Federativ Respublikasının 6-cı federal kansleri Helmut Kol 3 aprel 1930-cu ildə Bavariyada anadan olub.

5. 20 yanvar şəhidi İsrafil Ağababa oğlu Həşimov 1964-cü il aprelin 3-də Bakıda anadan olub.

6. Bu gün həm də görkəmli ictimai və siyasi xadim Ələkbər bəy Kərbəlayi Həsən oğlu Rəfibəylinin xatirə günüdür.

7. Respublikanın əməkdar müəllimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Sona Hənifə qızı Tağıyeva 2004-cü ilin bu günü vəfat edib.

8. Bu gün Qarabağ müharibəsi şəhidi Şaiq Bəşirovun anım günüdür. O, 1974-cü il sentyabrın 26-da anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın