04:40 03 Dekabr 2019 35
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 03.12.2019

1. Tanınmış kimyaçı, akademik, dövlət mükafatı laureatı, əməkdar elm xadimi Zülfüqar Zülfüqarov 1913-cü ilin bu günü anadan olub.

2. Bu gün həm də tanınmış qəzəlxan-şair Ələkbər Şahidin ad günüdür. O, 1920-ci ildə anadan olub.

3. Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov 1953-cü il dekabrın 3-də Bakı şəhərində anadan olub.

4. 3 dekabr bütün zamanların ən yaxşı azərbaycanlı qadın güləşçisi, Ukrayna əsilli Mariya Stadnikin doğum günüdür.

5. Görkəmli tarixçi və şərqşünas, akademik, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Əbdülkərim Əlizadənin xatirə günüdür.

6. Dünyada ilk dəfə olaraq insan ürəyinin köçürülməsi əməliyyatı aparılıb. Belə ki, 1967-ci ildə Cənubi Afrikanın Keyptaun şəhərindəki «Xrote Skür» xəstəxanasında doktor Kristian Barnard ilk dəfə olaraq insan ürəyinin köçürülməsi sahəsində əməliyyat aparıb.

7. Dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər günü qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Əlillərin vəziyyətinin yaxşılaşdırılması, eləcə də onlar üçün bərabər imkanların təminatı məqsədilə 1992-ci ildə bu günü təsis edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın