00:01 04 Aprel 2020 392
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 04.04.2020

1. Azərbaycanın hərbi xadimi, polkovnik İrza bəy Hacıbəylinski 4 aprel 1874-cü ildə İrəvan quberniyasında anadan olub.

2. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub.

3. Azərbaycanın görkəmli kino aktyoru Muxtar Qəmbər oğlu Maniyev 1935-ci il aprelin 4-də Bakıda doğulub.

4. Azərbaycanın əməkdar artisti, müğənni və aktrisa Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953-cü il aprelin 4-də Bakı şəhərində doğulub.

5. Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərov 1917-ci ilin bu günü Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprelin 4-də Əli Bayramlı şəhərində anadan olub.

7. 4 aprel Türkiyənin görkəmli siyasi və hərbi xadimi, Milliyyətçi Hərəkat Partiyasının qurucusu və ilk rəhbəri Alparslan Türkeşin anım günüdür.

8. Bu gün eyni zamanda Azərbaycan xalq şairi Qabil Allahverdi oğlu İmamverdiyevin xatirə günüdür.

9. Görkəmli pedaqoq, tibb elmləri doktoru, professor, cərrah, “Şöhrət” ordenli akademik Böyükkişi Ağa oğlu Ağayev 2018-ci ilin bu günü vəfat edib.






Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın