00:00 05 Aprel 2020 329
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 05.04.2020

1. Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə doğulub.

2. Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli pianoçu Çingiz Hacı oğlu Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olub.

3. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoji elmlər doktoru, əməkdar müəllim, Prezident təqaüdçüsü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci ilin bu günü Bakıda anadan olub.

4. Şair, nasir, alim, ədəbiyyatşünas, tərcüməçi,Azərbaycan Üazıçılar Birliyinin üzvü Arif Əbdürrəhman oğlu Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində dünyaya gəlib.

5. Türkiyənin məşhur rok ifaçısı, Anadolu rok üslubunun yaradıcılarından biri Cem Karaca 1945-ci il aprelin 5-də İstanbulda doğulub.

6. Faşizmə qarşı vuruşmuş məşhur azərbaycanlı partizan Mirdamət Seyidov 1922-ci il aprelin 5-də anadan olub.

7. Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il aprelin 5-də Qədim Göyçə mahalında - Basarkeçr rayonunun Nərimanlı kəndində dünyaya gəlib.

8. Azərbaycanın Milli Qəhrəmanı Etibar Firudin oğlu Hacıyev 1971-ci il aprelin bu günü Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olub.

9. Bu gün şəhid Hakim Cəmiyağa oğlu Həsənovun anım günüdür. O, 1973-cü il oktyabrın 25-də Masallı rayonunun Qasımlı kəndində anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın