10:21 05 Dekabr 2019 187
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 05.12.2019

1. Xalq artisti, aktyor Əşrəf Yusifzadə 5 dekabr 1906-cı ildə dünyaya gəlib. 1928-30-cu illərdə İrəvan Azərbaycan Teatrında, 1932-ci ildə Bakı Türk İşçi Teatrında çalışıb.

2. Görkəmli səhnə xadimi, xalq artisti Həsənağa Salayev 1921-ci ilin bu günündə anadan olub.

3. 5 dekabr Azərbaycan kinorejissoru, aktyor və ssenarist Şamil Mahmudbəyovun doğum günüdür.

4. Tanınmış dövlət xadimi, general-mayor Məhəmməd Əsədov dekabrın bu günü anadan olub.

5. 5 dekabr XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin xatirə günüdür. Yazıçı-dramaturq 24 oktyabr 1882-ci ildə Naxçıvanda dünyaya gəlib.

6. Bu gün eyni zamanda Azərbaycanın xalq artisti Ağasadıq Gəraybəyli xatırlanır. O, 1897-ci ildə anadan olub.

7. 5 dekabr Tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin xatirə günüdür. O, 1 may 1934-cü ildə dünyaya gəlib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın