00:00 07 Aprel 2020 261
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 07.04.2020

1. XX əsr Azərbaycan mətbuat tarixində xüsusi yeri olan satirik-yumoristik “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb.

2. İctimai xadim, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Məhəmmədəli Əbdüləziz oğlu Rəsulzadə 7 aprel 1882-ci ildə Novxanıda anadan olub.

3. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, dramaturq, tərcüməçi Məmməd Abbas oğlu Hüseynov (Məmməd Rahim) 1907-ci il aprelin bu günü Bakıda doğulub.

4. Azərbaycan kino xadimi, publisist, jurnalist Azad Ağakərim oğlu Şərifov 7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub.

5. Azərbaycanın xalq yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakıda ziyalı ailəsində anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı İntiqam Vahid oğlu Atakişiyev 7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində kolxozçu ailəsində anadan olub.

7. Qarabağ müharibəsinin iştirakçısı, şəhid Musayev Saleh Sabir oğlu 1970-ci il aprelin bu günü Yevlax şəhərində doğulub.

8. Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid Mirsalam Təvəkkül oğlu Cəfərov 1994-cü il aprelin 7-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub.

9. Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti Qəmər Hacıağa qızı Almaszadənin xatirə günüdür.

10. Sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın anım günüdür. O, 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub.

11. Aktyor və prodüser Ramiz Beqay oğlu Sərkərov da bu gün xatırlanır. O, 1959-cu il iyulun 3-də Qax rayonunda anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın