15:20 10 Yanvar 2020 400
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 10.01.2020

1. Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İmaməddin qızı İbrahimova 1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində anadan olub.

2. Azərbaycan memarı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Ələsgər Nurəli oğlu Hüseynov 1928-ci ildə yanvarın bu günü doğulub.

3. Azərbaycanın Milli Qəhrəmanı Muxtar Cahid oğlu Qasımov 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb.

4. Azərbaycanın Milli Qəhrəmanı Eldar Harun oğlu Məmmədov 1968-ci ilin bu günü Bakı şəhərində doğulub.

5. Azərbaycanın xalq artisti, teatr aktyoru Əli Qayıb oğlu Nurzadə 1948-ci il yanvarın 10-da Ağsu rayonunun Bico kəndində anadan olub.

6. Nasir, şair, tərcüməçi, kinodramaturq, Baba Vəzir oğlu Məsimov 1954-cü il yanvarın bu günü İsmayıllı rayonunun Mollaisaqlı kəndində dünyaya gəlib.

7. Mingəçevir Su Elektrik Stansiyası 1954-cü ilin bu günü tam gücü ilə işə salınıb. Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olan, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşən stansiyanın tikintisinə 1945-ci ildə başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın