10:50 10 Mart 2020 215
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 10.03.2020

1. MİLLİ TEATR GÜNÜ (1873) Martın 10-u Azərbaycanda Milli Teatr Günü qeyd olunur. 1873-cü il martın 10-da Həsən bəy Zərdabinin rəhbərliyi, Nəcəf bəy Vəzirovun və Əsgər ağa Goraninin təşkilatçılığı ilə Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən “Nəciblər Klubu”nda səhnələşdirilən bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

2. MİRZƏ FƏTƏLİ AXUNDOV (1812-1878) 10 mart Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Axundovun anım günüdür. O, 1812-ci il iyunun 30-da Şəkidə anadan olub.

3. NƏSİBƏ ZEYNALOVA (1916-2004) Azərbaycanın görkəmli teatr və kino aktrisası, xalq artisti, Dövlət Mükafatı laureatı Nəsibə Cahangir qızı Zeynalova 2004-cü ilin bu günü Bakıda vəfat edib. O, 20 aprel 1916-cı ildə Bakıda dünyaya göz açıb.

4. QƏMƏR ALMASZADƏ (1915-2006) Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti Qəmər Hacıağa qızı Almaszadənin doğum günüdür. O, 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub.

5. CANƏLİ ƏKBƏROV (1940) Azərbaycanın xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.

6. VÜQAR MÜRSƏLOV (1963-1992) Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Vüqar Mirəzbər oğlu Mürsəlov 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gəlib.

7. ÇİNGİZ BALAYEV (1974-1992) 10 mart eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid Çingiz Azad oğlu Balayevin doğum günüdür.

8. ÜSAMƏ BİN LADEN (1957-2011) “Əl-Qaidə” terror təşkilatının qurucusu və ilk rəhbəri Üsamə bin Laden 10 mart 1957-ci ildə Ər-Riyadda 54 uşaqlı ailənin 53-cü övladı olaraq dünyaya gəlib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın