15:20 10 Dekabr 2019 92
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 10.12.2019

1) Görkəmli başqırd alimi, pedaqoq, professor Əhməd Zəki Vəlidi Toğan 10 dekabr 1890-cı ildə Başqırdıstanın Sterlitamak mahalının Küzən kəndində anadan olub.

2) Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar İbrahim qızı Həsənova 1918-ci ilin bu günü Şəmkir rayonunun Bayramlı kəndində anadan olub.

3) Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev 1926-cı ildə Naxçıvan şəhərində anadan olub.

4) Xalq şairi, dramaturq, ictimai xadim Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakının Xırdalan kəndində doğulub.

5) 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyası "İnsan Hüquqları Bəyannaməsi"ni qəbul edib. 1950-ci ildən etibarən 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd olunur.

6) Dekabrın 10-u Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən Ümumdünya Futbol Günü kimi qeyd olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın