11:22 11 Yanvar 2020 421
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 11.01.2020

1. 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi Versal Sülh Konfransının Ali Şurasında de-fakto olaraq tanınıb.

2. Tarix elmləri doktoru, akademik Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olub.

3. AFFA-nın ilk prezidenti Fuad Musayev 11 yanvar 1938-ci ildə Bakıda dünyaya gəlib. O, 6-cı rus məktəbini qurtarıb, inşaat fakültəsində oxuyub.

4. Azərbaycanın Milli Qəhrəmanı Mirzə Məcid oğlu Quliyev 1974-cü il yanvarın bu günündə Bərdə rayonunun Saatlı kəndində anadan olub.

5. Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində doğulub.

6. Azərbaycanın xalq artisti, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygün Səmədzadə 1967-ci il yanvarın 11-də Bakıda akademik Ziyad Səmədzadənin ailəsində dünyaya gəlib.

7. Azərbaycan şahmatçısı, qrossmeyster Vüqar Qasım oğlu Həşimovun anım günüdür. O, 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın