12:00 12 Noyabr 2019 44
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 12.11.2019

1. 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib. “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” cümləsi ilə başlayan Əsas Qanunun 158 maddəsindən 57-si, başqa sözlə, 1/3 hissəsindən çoxu insan hüquq və azadlıqlarına həsr edilib. Yaşamaq, bərabərlik, azadlıq, mülkiyyət, şəxsi toxunulmazlıq, cəmiyyətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək kimi hüquqlar Konstitusiyamızda geniş təsbit olunub.

2. Tanınmış şair və jurnalist İbrahim Göyçaylı 1936-cı ilin bu günü anadan olub. Şeirləri ilk dəfə 1957-ci ildə «Gəncliyin səsi» almanaxında oxuculara təqdim olunub.

3. 12 noyabr eyni zamanda əməkdar artist Pərviz Bağırovun doğum günüdür. O, 1950-ci ildə Bakı şəhərində anadan olub.

4. Bu gün əməkdar müəllim və pedaqoq, riyaziyyatçı Rafil İmanovun doğum günüdür. O, 1949-cu ildə noyabrın 12-də Goranboy rayonunun (keçmiş Qasım İsmayılov) Faxralı kəndində sadə kəndli ailəsində anadan olub.

5. 12 Noyabr 20 yanvar şəhidi Vaqif Mirzəyevin doğum günüdür. O, 1959-cu ildə Bakı şəhərinin Binə qəsəbəsində anadan olub.

6. Azərbaycan əsilli rusiyalı jurnalist və ictimai xadim Orxan Camal 1966-cı ilin bu günü Moskva şəhərində anadan olub.

7. Azərbaycanın Milli Qəhrəmanı Rafael Əvəz oğlu Əsədov 12 noyabr 1992-ci ildə şəhid olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın