12:00 13 Mart 2020 114
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü 13.03.2020

1. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

2. Tarix elmləri doktoru, professor Qiyasəddin Əsgər oğlu Qeybullayev 13 mart 1933-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub.

3. Xalq artisti Məmmədəli Hacı Heydər oğlu Heydərzadə (Vəlixanlı) 1899-cu il martın 13-də Bakıda doğulub.

4. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıq oğlu İzzətoviç (Nodar Şaşıqoğlu) 13 mart 1927-ci ildə Batumi şəhərində anadan olub.

5. Azərbaycanın xalq artisti, violin ifaçısı, pedaqoq, professor, beynəlxalq müsabiqələr laureatı Azad Əliyev 1928-ci ilin bu günü Gəncədə anadan olub.

6. Xanəndə Rövşən Behcət 1945-ci ilin bu günü Güney Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb.

7. Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Qəhrəman oğlu Mənsurov 13 mart 1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində dünyaya göz açıb.

8. Şəhid Bəylər Eldar oğlu Məmmədov 1971-ci il martın 13-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub.

9. Azərbaycanın əməkdar artisti, bədii qiraət ustası, pedaqoq, aktyor və rejissor Həsən Abbasqulu oğlu Əbluc 13 mart 1994-cü ildə Bakıda vəfat edib.

10. Tanınmış ədəbiyyatşünas Əli Ələkbər oğlu Fəhmi 1975-ci il martın 13-də Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın