00:40 13 Noyabr 2019 47
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 13.11.2019

1. Bu gün 20 Yanvar şəhidi, professor İsmayıl Həsən oğlu Mursaqulovun doğum günüdür.

2. Krım tatarlarının tanınmış lideri Mustafa Əbdülcəmil Krımoğlu 1943-cü ilin bu günü o zaman Rusiya Federasiyasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub.

3. Bu gün sovet futbolçusu, sağ cinah hücumçusu, SSRİ idman ustası Kazbek Tuayevin doğum günüdür.

4. Aşıq Hüseyn Bozalqanlı 1868-ci ilin bu günü Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb.

5. Azərbaycanın xalq artisti, görkəmli komediya aktyoru Əliağa İsmayıl oğlu Ağayev 13 noyabr 1983-cü ildə vəfat edib.

6. Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən, 1984-cü ildən 13 noyabr tarixi dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın