06:00 13 Dekabr 2019 70
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 13.12.2019

1. Sovet İttifaqı Qəhrəmanı, qvardiya polkovniki Aslan Vəzirov 1910-cu ildə anadan olub. 1928-1930-cu illərdə Leninqrad və Moskvada hərbi mühəndislik məktəblərində oxuyub.

2. Azərbaycanın xalq artisti, professor Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində şair-publisist Zeynal Vəfanın ailəsində anadan olub. 1969-cu ildə ailəsi ilə Bakıya köçüb.

3. Filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva 1962-ci ilin bu günü Bakı şəhərində akademik Arif Paşayevin və görkəmli şərqşünas alim Aida İmanquliyevanın ailəsində anadan olub.

4. 13 dekabr eyni zamanda Azərbaycanın xalq rəssamı Vidadi Nərimanbəyovun anım günüdür. O, 13 iyul 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açıb.

5. Görkəmli Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayev 13 dekabr 2002-ci ildə Bakı şəhərində vəfat edib.

6. Tanınmış xanəndə Sədi Məmmədovun xatirə günüdür. O, 1954-cü ildə Ağdamda doğulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın