10:03 14 Yanvar 2020 8861
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 14.01.2020

1. Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub.

2. Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru, akademik Zahid İsmayıl oğlu Xəlilov 14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Saraclı kəndində dünyaya gəlib.

3. Azərbaycanda fiziologiya elminin banisi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Abdulla İsmayıl oğlu Qarayev 1910-cu ilin bu günü Bakıda anadan olub.

4. Azərbaycanın xalq artisti, görkəmli teatr rejissor, aktyor və pedaqoq Tofiq Səmədmənsur oğlu Kazımov 14 yanvar 1923-cü ildə Bakıda doğulub.

5. Azərbaycanın mühacir şairi, əsl adı Əbdülhəsən olan Almas İldırımın anım günüdür. O, 1907-ci il martın 25-də Bakının Qala kəndində anadan olub.

6. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Barat Həbibxan qızı Şəkinskayanın xatirə günüdür. O, 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində doğulub.

7. Azərbaycanın Milli Qəhrəmanı Elman Süleyman oğlu Hüseynovun anım günüdür. O, 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində doğulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın