02:40 14 Noyabr 2019 38
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 14.11.2019

1. 14 noyabr Azərbaycanın tanınmış hərbi xadimi, general-leytenant Kərim Kərimovun doğum günüdür.

2. Tanınmış nasir və şair Gəray Fəzli 1924-cü ildə dünyaya gəlib.

3. Tanınmış xanəndə, respublikanın əməkdar artisti Sabir Mirzəyev 1942-ci ildə Cəlilabadda anadan olub.

4. “Rəmiş” kimi məşhurlaşan gitara ustası Rafiq Hüseynov 1944-cü ilin bu günü Ağdam rayonunun Gülablı kəndində anadan olub.

5. 14 noyabr Hindistan milli azadlıq hərəkatının rəhbərlərindən biri, dövlət xadimi Cəvahirləl Nehrunun doğum günüdür.

6. 1991-ci ildən etibarən 14 noyabr - insulin hormonunu kəşf etmiş Nobel mükafatı laureatı Frederik Bantinqin doğum tarixi Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə Ümumdünya diabetə qarşı mübarizə günü kimi qeyd olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın