10:37 14 Dekabr 2019 230
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 14.12.2019

1. Görkəmli alim, geologiya-minerologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Xudu Məmmədov 14 dekabr 1927-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulub.

2. Dünya şöhrətli müğənni, xalq artisti Rəşid Behbudov 1915-ci ilin bu günündə Tiflisdə anadan olub.

3. Məşhur hind kinorejissoru, ssenarist, prodüser və aktyor Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə aktyor Prithvirac Kapurun ailəsində anadan olub.

4. 14 dekabr eyni zamanda ədəbiyyatşünas-alim və tərcüməçi Dilarə Əliyevanın doğum günüdür. O, 1929-cu il Tiflisdə dəmirçi ailəsində anadan olub.

5. Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Nazim Abbas 1938-ci ilin bu günü Lənkəranda anadan olub. 1961-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsini bitirib.

6. 14 dekabr Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. O, 1957-ci ildə Qubadlı rayonunun Qazyan kəndində anadan olub.

7. Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdam 1503-cü il dekabrın bu günü Fransanın Sen Remi vilayətində xaçpərəstliyi (katolikliyi) qəbul etmiş yəhudi ailəsində anadan olub.

8. 14 dekabr tanınmış Azərbaycanlı xanəndə Qədir Rüstəmovun anım günüdür. O, 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.

9. 1825-ci il dekabrın bu günü Sankt-Peterburqun Senat meydanında silahlı üsyan - Dekabristlər üsyanı baş verib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın