12:00 15 Mart 2020 272
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 15.03.2020

1. Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər nazirinin müavini, general-mayor, şərqşünas alim Məhəmməd Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə 1865-ci il martın 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib.

2. Maarif xadimi, müəllim və şair Şeyx Məhəmməd Abdulla oğlu Rasizadə 1878-ci ilin bu günü Naxçıvanda anadan olub.

3. XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşir 1893-cü ilin bu günü Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib.

4. Azərbaycanın xalq artisti, aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli 1897-ci ilin bu günü Şamaxıda anadan olub.

5. Azərbaycanın xalq rəssamı Kamil Əlabbas oğlu Xanlarov 15 mart 1915-ci ildə Bakı şəhərində anadan olub.

6. Azərbaycanın xalq artisti, xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov 1919-cu ilin bu günü Bakının Çəmbərəkənd məhəlləsində dənizçi Hüseynəli kişinin ailəsində anadan olub.

7. 15 mart coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Səfəralı Yaqub oğlu Babayevin doğum günüdür.

8. 15 mart eyni zamanda əməkdar incəsənət xadimi, şair, tərcüməçi Ələkbər Baba oğlu Salahzadə‎nin doğum günüdür.

9. 15 mart həm də şair, tərcüməçi, publisist İsa İsmayılzadənin doğum günüdür. O, 1941-ci ildə Gürcüstanın Qarayazı rayonunda anadan olub.

10. Qarabağ müharibəsi şəhidi Yavər Həsənov 15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasya rayonunun Balıqlı kəndində dünyaya gəlib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın