07:20 16 Yanvar 2020 203
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 16.01.2020

1. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olub.

2. Dilçi, türkoloq, tənqidçi, siyasətçi Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü ilin bu günü Şəkinin Kiş kəndində dünyaya gəlib.

3. Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu ilin bu günü Lerik rayonunda anadan olub.

4. Everest zirvəsini və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı İsrafil Əli oğlu Aşurlu 1969-cu ilin 16 yanvarında Bakı şəhərində doğulub.

5. Görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlının anım günüdür. O, 18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlib.

6. Bu gün Qarabağ müharibəsində şəhid olmuş Həmidağa Səmədovun xatirə günüdür. O, 17 avqust 1952-ci ildə Hacıqabulda anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın