10:42 16 Dekabr 2019 173
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 16.12.2019

1. Musiqi dedikdə ilk ağıla gələnlərdən biri - dahi alman bəstəkarı Lüdviq Van Bethoven 1770-ci ildə anadan olub.

2. Professor - 1972-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Tarix İnstitutunun direktoru, 1976-1990-cı illərdə vitse-prezidenti, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) rektoru Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Ağdamda anadan olub.

3. 20-ci əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən - şair Tofiq Bayram 1934-cü ilin bu günü dünyaya gəlib.

4. Azərbaycanın Milli Qəhrəmanı - jurnalist Salatın Əsgərova 1961-ci ildə anadan olub. Uzun illər “Molodyoj Azərbaydjana” qəzetində çalışıb.

5. 16 dekabr - 2016-cı ildə işğalçı Ermənistanla Azərbaycan Ordusu arasında bir neçə gün davam edən aprel döyüşlərində şəhid olan Məhəbbət Mirzəyevin doğum günüdür.

6. Bu gün vəkil Elton Quliyevin anım günüdür. O, 1956-cı il fevralın 28-də Ağdamda qulluqçu ailəsində doğulub.

7. Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, bəstəkar və pianoçu, əməkdar artist Vaqif Mustafazadənin xatirə günüdür. O, 1940-cı ildə anadan olub.

8. Bu gün həm də SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anım günüdür. O, 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın