04:00 17 Dekabr 2019 64
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 17.12.2019

1. 17 dekabr Xalq şairi Osman Sarıvəllinin doğum günüdür. O, 1905-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gəlib.

2. Bu gün Azərbaycanın görkəmli alimi, mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun doğum günüdür.

3. 20 yanvar şəhidi Mircamal Əbülfətov 17 dekabr 1958-ci ildə Lənkəran şəhərində anadan olub.

4. Xalq yazıçısı, akademik, Dövlət Mükafatı və Beynəlxalq Nehru mükafatı laureatı Mirzə İbrahimov 1993-cü ilin bu günü vəfat edib.

5. Bu gün çağdaş Azərbaycan jurnalistikasının banilərindən Nəcəf Nəcəfovun anım günüdür. O, 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub.

6. 17 dekabr tanınmış jurnalist Elçin Səlcuqun anım günüdür. O, 1964-cü il noyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.

7. 17 dekabr 1905-ci ildə gündəlik ictimai-siyasi «İrşad» qəzetinin ilk sayı çapdan çıxıb. Bu qəzet 1908-ci il iyunun 25-dək Bakıda Azərbaycan dilində nəşr olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın