18:40 18 Yanvar 2020 298
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 18.01.2020

1. Azərbaycanın xalq artisti, dirijor Kamal Canbaxış oğlu Abdullayev 1927-ci ilin bu günündə Bakıda anadan olub.

2. Azərbaycanın əməkdar elm xadimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri, tibb elmləri doktoru, professor Zəhra Quliyeva 1923-cü il yanvarın 18-də Bakı şəhərində dünyaya gəlib.

3. Azərbaycanın xalq artisti, kinorejissor Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda doğulub.

4. Azərbaycanın xalq artisti, rəqqasə Afaq Süleyman qızı Məlikova 1947-ci il yanvarın 18-də Bakıda anadan olub.

5. Azərbaycanın əməkdar elm xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, tanınmış pedaqoq Təhsin Mütəllim oğlu Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində doğulub.

6. Azərbaycanın xalq rəssamı Eldar Hidayət oğlu Mikayılzadə 1956-cı ilin bu günü Bakının Əmircan kəndində anadan olub.

7. Məşhur Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist Seyfəddin Əliağa oğlu Abbasovun xatirə günüdür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın