00:00 18 Mart 2020 295
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 18.03.2020

1. Azərbaycanlı zadəgan, milyonçu və xeyriyyəçi Yusif Ağa Hacıağa oğlu Dadaşov 1870-ci ilin bu günü İçərişəhərdə doğulub.

2. Azərbaycanlı şair, tərcüməçi Əli Paşa oğlu Kərimov (Əli Kərim) 1931-ci il martın 18-də Göyçay şəhərində fəhlə ailəsində anadan olub.

3. Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Rəhim Nurməhəmməd oğlu Rəhimov 1923-cü ilin bu günü Ordubadda anadan olub.

4. Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq Qeybulla İbadulla oğlu Rəsulov 1922-ci il martın 18-də Qax rayonunun İlisu kəndində anadan olub.

5. Azərbaycanın xalq yazıçısı, dramaturq və ssenarist Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü il martın bu günü Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub.

6. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri Əlağa Hacı Süleyman oğlu Həsənovun anım günüdür.

7. Azərbaycanın xalq artisti, xanəndə İsfəndiyar Aslan oğlu Cavanşir (Xan Şuşinski) 1979-cu il martın bu günü vəfat edib.

8. Bu gün Azərbaycanın xalq artisti, aktyor Yusif Abdulla oğlu Vəliyevin anım günüdür. O, 22 mart 1917-ci ildə Dərbənddə doğulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın