14:40 19 Oktyabr 2019 26
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 19.10.2019

1) Görkəmli Azərbaycan alimi, akademik, əməkdar elm xadimi Hüseyn Həsənov 1932-ci ildə İrəvan şəhərində dünyaya gəlib.

2) Kinematoqrafiyanın banisi Ogüst Lümyer 1862-ci ildə Fransanın Bezanson kəndində anadan olub.

3) Meksikalı aktrisa, müğənni, prodüser, keçmiş model və aparıcı Veronika Kastro 19 oktyabr 1952-ci ildə Mexiko şəhərində anadan olub.

4) Görkəmli sənətkar, xalq artisti Fatma Muxtarova 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib.

5) Şərqşünas, alim Muxtar Əfəndizadə 19 oktyabr 1975-ci ildə 95 yaşında vəfat edib. O, 1880-ci ilin yanvar ayında Ağdaş rayonunun Şəmsabad kəndində bir müdərris (mədrəsə müəllimi) ailəsində anadan olub.

6) Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov 1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumları zamanı komandirini düşmən atəşindən müdafiə edərək həlak olub.

7) 1867-ci ildə Çar Rusiyası Alyaska ilə bağlı hüquqlarını Amerikaya sataraq, yarımadadan imtina edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın