02:00 19 Dekabr 2019 64
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 19.12.2019

1. Azərbaycanın xalq artisti Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə Bakıda əfsanəvi bəstəkar Vaqif Mustafazadənin ailəsində anadan olub.

2. Bu gün eyni zamanda Azərbaycanın xalq artisti, aktrisa Gülşən Qurbanovanın doğum günüdür.

3. Azərbaycanın xalq artisti, bəstəkar, professor Fərəc Qarayev 19 dekabr 1943-cü ildə Bakıda dahi Azərbaycan bəstəkarı Qara Qarayevin ailəsində anadan olub.

4. Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadə 1947-ci ilin bu günü dünyaya gəlib.

5. Keçmiş SSRİ-nin dövlət, siyasi, hərbi və partiya xadimi Leonid İliç Brejnev 1906-cı ilin bu günündə Dnepropetrovsk vilayətində anadan olub.

6. 19 dekabr Azərbaycanın xalq yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Məmmədxanlının anım günüdür.

7. 19 dekabr həm də İtaliya aktyoru Marçello Mastroyanninin xatirə günüdür. Aktyor 28 sentyabr 1924-cü ildə İtaliyada anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın