00:00 20 Noyabr 2019 39
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 20.11.2019

1. 20 noyabr Qarakənd faciəsinin ildönümüdür. 1991-ci ilin noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələrinin də olduğu hərbi vertolyot erməni quldurları tərəfindən vurulub.

2. Azərbaycanın xalq artisti, tanınmış xanəndə, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub.

3. 20 noyabr Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum günüdür. O, 1960-cı ildə Bakı şəhərində anadan olub.

4. Azərbaycanın Milli Qəhrəmanı Əlabbas İsgəndərov 20 noyabr 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olub.

5. Görkəmli Azərbaycan alimi, tənqidçi və publisist Qulu Xəlilov 1930-cu ilin bu günü anadan olub.

6. 20 noyabr görkəmli ədəbiyyatşünas, əməkdar elm xadimi, akademik Həmid Araslının anım günüdür.

7. Azərbaycan səhnəsinin görkəmli nümayəndələrindən biri, xalq artisti, Dövlət Mükafatı laureatı Kazım Ziya 1956-cı ilin bu günü dünyasını dəyişib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın