04:00 20 Dekabr 2019 84
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 20.12.2019

1. Türkiyənin məşhur şairi, İstiqlal Marşının müəllifi Mehmet Akif Ərsoy 20 dekabr 1873-cü ildə İstanbulda dünyaya gəlib.

2. Türk yazıçısı Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olub.

3. Bu gün Qarabağ qazisi Etimad Əsədovun doğum günüdür. O, 1963-cü ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub.

4. Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədov 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olub.

5. Azərbaycanın Milli Qəhrəmanı RİAD ƏHMƏDOV 1956-cı ilin bu günü Bakıda ziyalı ailəsində dünyaya gəlib.

6. Tanınmış meyxana ustası Nizami Rəmzi 1947-ci ildə Bakıda doğulub. Ticarət texnikumunu bitirib, əmək fəaliyyətinə sürücü kimi başlayıb.

7. Bu gün “Azərbaycan" qəzetinin ilk baş redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, Daxili İşlər nazirinin birinci müavini Şəfi Bəy Rüstəmbəylinin anım günüdür.

8. 20 dekabr Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi Oqtay Sadıqzadənin anım günüdür.

9. 20 dekabr Azərbaycan şairəsi, aktrisası, diktoru Nurəngiz Günün anım günüdür. O, 1938-ci ildə Bakı şəhərində anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın