14:00 22 Oktyabr 2019 27
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 22.10.2019

1) İran şahı, Əfşar elinin nümayəndəsi Nadir şah 1688-ci ildə tarixin bu günü anadan olub.

2) Mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar, şair və rəssam Ərtoğrol Cavid 1919-cu ildə Bakıda anadan olub.

3) Görkəmli alim, əməkdar elm xadimi, akademik Fuad Qasımzadə 1929-cu ildə Bakıda, görkəmli şərqşünas və filoloq, akademik Feyzulla Qasımzadənin ailəsində anadan olub.

4) Tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı , Azərbaycanın Əməkdar jurnalisti Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olub.

5) Dünya şöhrətli futbolçu, «Qızıl top» mükafatı laureatı Lev Yaşin 1929-cu ildə tarixin bu günü Moskvada anadan olub.

6) Görkəmli publisist, tərcüməçi, ictimai xadim Ceyhun Hacıbəyli tarixin bu günü vəfat edib.

7) Azərbaycanda Kukla Teatrının yaradıcısı, aktyor Mollağa Bəbirli 1970-ci il 22 oktyabrda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın