08:00 22 Noyabr 2019 54
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 22.11.2019

1. 22 noyabr Ədliyyə işçilərinin peşə bayramıdır. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiqləndiyi gün Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.

2. Görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı Fikrət Əmirov 1922-ci ildə dünyaya gəlib.

3. Azərbaycanın görkəmli kino rejissoru və operatoru, xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Rasim Ocaqov 1933-cü ildə Şəkidə anadan olub.

4. Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar ordu sıralarına çağırılıb.

5. Tanınmış teatr və kino aktyoru, SSRİ dövlət mükafatı laureatı, xalq artisti Həsən Məmmədov 1938-ci ilin bu günündə anadan olub.

6. Azərbaycanın xalq artisti, bəstəkar Cavanşir Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. 7. 1963-cü il noyabrın 22-də Amerika Birləşmiş Ştatlarının 35-ci prezidenti Con Fitscerald Kennedi Dallasda qətlə yetirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın