00:01 24 Mart 2020 347
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 24.03.2020

MƏMMƏD SƏİD ORDUBADİ

(1872-1950)

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi, bir sıra tarixi romanların müəllifi Məmməd Səid Ordubadi 1872-ci ilin bu günü Ordubad şəhərində dövrünün tanınmış ziyalısı və şairi Hacıağa Fəqirin ailəsində anadan olub.

İSAQ MƏMMƏDOV

(1925-2011)

Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru İsaq Mustafa oğlu Məmmədovun doğum günüdür.

HƏSƏN TURABOV

(1938-2003)

Azərbaycanın xalq artisti, aktyor, Dövlət Mükafatı laureatı, SSRİ Ali Sovetinin deputatı, "Şöhrət" ordenli Həsən Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub.

CƏFƏR QİYASİ

(1942)

AMEA-nın müxbir üzvü, memarlıq üzrə elmlər doktoru, professor, ssenari müəllifi, kino məsləhətçisi Cəfər Əli oğlu Qiyasi 1942-ci ilin bu günü Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub.

PƏNCƏLİ TEYMUROV

(1982-2016)

Bu gün həm də Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Nurməhəmməd oğlu Teymurovun doğum günüdür. O, 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olub.

TÜKƏZBAN İSMAYILOVA

(1923-2008)

Azərbaycanın xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli müğənni Tükəzban Məhərrəm qızı İsmayılovanın xatirə günüdür. səhnə fəaliyyətini dayandırıb. Xalq artisti İlhamə Quliyevanın anası olan Tükəzban İsmayılova 2008-ci ildə Bakıda vəfat edib.

NAİQ YUSİFOV

(1970-1992)

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Naiq Nəsir oğlu Yusifovun anım günüdür.

DADAŞ ZEYNALOV

(1949-1993)

Şəhid Dadaş Muxtar oğlu Zeynalov da bu gün xatırlanır. O, 1949-cu ildə Zəngilan şəhərində anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın