14:40 24 Oktyabr 2019 36
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 24.10.2019

1) Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb.

2) Azərbaycanın əməkdar mədəniyyət işçisi Rimma Əli qızı Abdullayeva 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub.

3) Azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru İbrahim Məmmədov 1928-ci il oktyabrın 24-də Bakı şəhərində anadan olub.

4) Tarixin bu günü 1993-cü ildə məşhur xanəndə, Azərbaycan muğamlarının və xalq mahnılırının mahir ifaçısı Hacıbaba Hüseynov dünyasını dəyişib.

5) Azərbaycan Respublikasının Əməkdar Artisti, aktrisa Gülnar Salmanova 24 oktyabr 2015-ci ildə Bakıda vəfat edib.

6) BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanib və 1945-ci il 24 oktyabrda qüvvəyə minib.

7) 1972-ci ildən etibarən oktyabrın 24-ü Ümumdünya İnkişafa Dair İnformasiya günü kimi qeyd olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın