10:29 24 Dekabr 2019 183
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 24.12.2019

1. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

2. Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı publisist Ömər Faiq Nemanzadə 1872-ci il dekabrın bu günündə Gürcüstanın Ahıska qəzasının Azqur kəndində kəndli ailəsində doğulub.

3. Osmanlı dövründə yaşamış böyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında "Sərvəti-fünun" və ya "Ədəbiyyati-cədidə" adlanan cərəyanın banisi Tofiq Fikrət 1867-ci il dekabrın 24-də İstanbulda anadan olub.

4. Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, əməkdar mədəniyyət işçisi Məmməd Aslan 24 dekabr 1939-cu ildə Kəlbəcər rayonunun Laçın kəndində dünyaya göz açıb.

5. Azərbaycanın tanınmış jurnalisti Zöhrab Əmirxanlı 24 dekabr 1958-ci ildə Şamaxı rayonunda doğulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın