10:48 25 Yanvar 2020 377
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 25.01.2020

1. Məşhur Bakı milyonçusu, xeyriyyəçi, Rusiya imperiyasının həqiqi dövlət müşaviri, Müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub.

2. Azərbaycanın ilk hüquq professoru, Sarbonna Universitetinin məzunu Mustafa ağa Vəkilov 1899-cu il tarixin bu günü Qazax qəzasında görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində doğulub.

3. Publisist, nasir, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Həsən bəy Zərdabi mükafatı laureatı Möhbəddin Səməd oğlu Əliyev 1942-ci ilin bu günü Qərbi Azərbaycanın Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olub.

4. Məşhur Azərbaycan diktoru Eldost Əlövsət oğlu Bayram 1947-ci il yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub.

5. Gürcüstanın sabiq prezidenti, SSRİ-nin sonuncu Xarici İşlər naziri, Sosialist Əməyi Qəhrəmanı Eduard Şevarnadze 1928-ci il yanvarın 25-də Gürcüstanın Lançxuti şəhərində doğulub.

6. Ukraynalı siyasətçi, şoumen, aktyor, rejissor, ssenarist, prodüser, Ukrayna Respublikasının Prezidenti Vladimir Aleksandroviç Zelenski 1978-ci ilin bu günü Krivoy Roq şəhərində anadan olub.

7. Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Məmmədrza İsa oğlu Şeyxzamanovun xatirə günüdür.

8. Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri, tam adı Alfons Qabriel Al Kapone 25 yanvar 1947-ci ildə vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın