00:01 25 Mart 2020 363
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 25.03.2020

QULAM MƏMMƏDƏLİ
(1897-1994)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, teatrşünas Qulam Məmməd oğlu Məmmədli 1897-ci ilin bu günü Təbrizdə anadan olub.


ALMAS İLDIRIM
(1907-1952)

Azərbaycanın mühacir şairi, əsl adı Əbdülhəsən olan Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində anadan olub.


RÜFƏT ƏHMƏDZADƏ
(1933-1988)

Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi Rüfət Zülfüqar oğlu Əhmədzadə 1933-cü il martın 25-də Bakıda dünyaya gəlib.


XƏLİL İBRAHİM
(1892-1938)

“Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru, jurnalist, tənqidçi, teatrşünas və tərcüməçi Xəlil İbrahim oğlu İbrahimovun anım günüdür.


CAHANGİR CAHANGİROV
(1921-1992)

Bu gün Azərbaycanın xalq artisti, bəstəkar Cahangir Şirgəşt oğlu Cahangirovun xatirə günüdür.


ŞÖVKƏT SÜRƏYYA AYDƏMİR
(1897-1976)

Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi, müəllim Şövkət Sürəyya Aydəmir 1976-cı il martın 25-də dünyasını dəyişib.


MÖHSÜN YAZIÇIOĞLU
(1954-2009)

Bu gün Türkiyənin məşhur siyasətçilərindən biri Möhsün Yazıçıoğlunun anım günüdür.


MƏRDAN MUSAYEV
(1907-1982)

Sovet İttifaqı Qəhrəmanı Mərdan Məmməd oğlu Musayevin xatirə günüdür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın