04:00 25 Noyabr 2019 46
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 25.11.2019

1) Görkəmli Türkiyə yazıçısı Rəşad Nuri Güntəkin 25 noyabr 1889-cu ildə anadan olub.

2) Görkəmli dilçi-alim, akademik Əliheydər Orucov 1905-ci ildə Qubada dünyaya gəlib.

3) Azərbaycanın xalq yazıçısı İmran Qasımov 1918-ci ildə anadan olub.

4) Çilinin dövlət və hərbi xadimi, general Auqusto Pinoçet 25 noyabr 1915-ci ildə Çilinin ikinci böyük şəhəri Valparaisoda dünyaya gəlib.

5) Türkiyənin görkəmli siyasi və hərbi xadimi, Milliyyətçi Hərəkat Partiyasının qurucusu və ilk rəhbəri Alparslan Türkeş 1917-ci il noyabrın 25-də anadan olub.

6) Aktyor və rejissor, xalq artisti Məmməd Bürcəliyev 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib. O, 1914-cü ildə Şəkidə anadan olub.

7) Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarına əsasən, hər il noyabr ayının 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın