11:05 25 Dekabr 2019 177
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 25.12.2019

1. Ədəbiyyatşünas, pedaqoq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı 1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində anadan olub.

2. Azərbaycanın xalq artisti, rejissor və aktyor Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə anadan olub.

3. Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Famil Ağalar oğlu Mehdi 1934-cü ilin bu günü Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.

4. Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlu 25 dekabr 1935-ci ildə Bakı şəhərində məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya göz açıb.

5. Azərbaycanın xalq artisti, rejissor İbrahim Tağı oğlu Həmzəyev 1908-ci il dekabrın 25-də Gəncə şəhərində doğulub.

6. Biologiya elmləri doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Qara Teyfur oğlu Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub.

7. İqtisad elmləri namizədi, İkinci Dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuş Şövkət Şahbaz qızı Səlimova 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Basqal kəndində dünyaya göz açıb.

8. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Vaqif Dilqəm oğlu Bayramov 25 dekabr 1979-cu ildə Naftalanda anadan olub.

9. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Niyazi Aslanov 1960-cı il dekabrın 25-də Goranboy rayonunda dünyaya göz açıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın