10:50 26 Yanvar 2020 207
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 26.01.2020

1. Əsgəran rayonunun Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 28 il ötür.

2. Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Köçərli 1863-cü ilin bu günü Şuşada anadan olub.

3. Bu gün eyni zamanda Azərbaycanın xalq artisti, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü, "Şöhrət" və "Şərəf" ordenləri laureatı Musa Mirzəyevin doğum günüdür.

4. Azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru Əzizə Əhmədova 1932-ci il yanvarın 26-da Bakıda dünyaya gəlib. 5. 26 yanvar Azərbaycanın xalq artisti, müğənni, bəstəkar və aktrisa Aygün Kazımovanın doğum günüdür.

6. Rumıniya diktatoru, 1965-ci ildən Rumıniya Kommunist Partiyası MK-nın baş katibi, 1974-1989-cu illərdə Rumıniya Sosialist Respublikasının prezidenti Nikolae Çauşesku 1918-ci ilin bu günü dünyaya gəlib.

7. Bu gün görkəmli xanəndə, xalq artisti İslam Rzayevin anım günüdür. O, 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində doğulub.

8. Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Zeynal qızı Abbasova 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın