12:00 27 Aprel 2020 373
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 27.04.2020

ƏLİXAN SƏMƏDOV

(1964)

1. Azərbaycanın xalq artisti,musiqiçi və sənətkarı, tanınmış, virtüoz balaban ifaçısı və ustadı Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edən Əlixan Səmədov 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçüb və balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. O,“Balaban metodu” kitabının müəllifidir, müxtəlif mükafatlara layiq görülüb.

ƏDALƏT VƏZİROV

(1951-2002)

2. Azərbaycanın əməkdar artisti, musiqiçisi,kamançaifaçısı Ədalət Səfərəli oğlu Vəzirov1951-ci il aprelin 27-də Bakda dünyaya göz açıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. O,1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub.1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda (2000-2002-ci illərdə direktor ) müəllim işləyib,uzun müddət əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında, SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışıb.Kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı olan Ədalət Vəzirov ABŞ, Kanada, İraq, Misir, Türkiyədə və başqa ölkələrdə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Məşhuryəhudikamança ifaçısıMark Eliyahununmüəllimi olub,Azərbaycan Respublikasının xalq artistiKamil Vəzirovun qardaşıdır.Ədalət Vəzirov 5 Oktyabr 2002-ci ildə Bakıda vəfat edib.

MİKAYIL CƏBRAYILOV

(1950-1990)

3. Azərbaycanın Milli Qəhrəmanı Mikayıl CəbrayılovƏhmədiyyə oğlu 1950-ci il aprelin bu günüŞəki rayonununOxudkəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanıƏhmədiyyə Cəbrayılovun("Armed Mişel") ailəsində doğulub.O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirib.1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib, 1978-ci ildə isə Milis məktəbini bitirərək leytenant rütbəsi alıb və sahə müvəkkili təyin edilib.Dörd nəfər polisləCəmilli kəndini müdafiə edən Mikayıl Cəbrayılov Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları tərəfindən basqına məruz qalıb və 1990-cı il15 dekabrdaəsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına döyüş meydanında həlak olub. Şəki rayonununOxudkəndində dəfn edilib. Ailəli idi, dörd övladı var.

ALXAN ALXANOV

(1969-1992)

4. Şəhid Alxan Əşrəf oğlu Alxanov 1969-cu il27 apreldəŞamaxı rayonununSabir qəsəbəsindəanadan olub. 1992-ci ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə qatılıb. Alxan Alxanov 1992-ci il20 yanvardaAğdam rayonuistiqamətində şəhid olub və Ağda rayonundadəfn olunub.Ona Azərbaycan PrezidentiHeydər Əliyevin16 sentyabr 1994-cü il tarixli 203 nömrəli fərmanı ilə ölümündən sonar"Hərbi xidmətlərə görə" medalıilə təltif edilib.

MSTİSLAV ROSTROPOVİÇ

(1927-2007)

5. Bu gün SSRİ xalq artisti, violonçel ifaçısı və dirijor Mstislav Leopoldoviç Rostropoviçin anım günüdür. O,1927-ci il martın 27-də Bakıda dünyaya gəlib. Dörd yaşında anasından fortepianoda, on yaşında isə tanınmış violonçel ifaçısı olan atası Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib. 1943-cü ildə Moskvaya köçüb. 16 yaşında Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. İlk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb.1948-ci ildə müəllimi Dmitri Şostakoviçin Leninqrad və Moskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə etiraz əlaməti olaraq konservatoriyanı tərk edir. 1970-ci ildə isə Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən hakimiyyətin qəzəbinə tuş gəlir. Nəticədə onun və həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur və musiqiçi solo konsertlər vermək üçün Sibirə göndərilir. Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-a yollanır. 1978-ci ildə Sovetlərin mədəni azadlığa qoyduğu məhdudiyyətlərə qarşı kəskin çıxışlarına görə Sovet vətəndaşlığından məhrum edilir. 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərən dünya şöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən Azərbaycanın "Heydər Əliyev" ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç 2007-ci ilin aprelindəMoskvada vəfat edib.

RAMİZ ABBASOV

(1964-1994)

6. Şəhid Abbasov Ramiz Hüseyn oğlunun anım günüdür.O, 19 may 1964-cü ildə anadan olub. Buradakı şəhər 4 saylı orta məktəbi,Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Təyinatla Almaniyada, Gürcüstanda xidmət edib. Vətənə qayıdıb və Yevlax Rayon Hərbi Komissarlığında II bölmənin rəisi işləyib. Könüllü olaraq cəbhəyə yollanan Ramiz Abbasov könüllülərdən ibarət batalyonun komandiri olub. Döyüş yolu Goranboy rayonun Talış və Gülüstan kəndlərindən başlayıb,Ağdərə Şuşa, Xocavənd, Laçın, Füzuli, Tərtər, bölgələrində döyüşüb və 1994-cü ilin aprelində Tərtər rayonun Qaraqoyunlu kəndi səmtində gedən döyüşdə şəhid olub. Beyləqan şəhərində dəfn olunub.Azərbaycan Respublikasınınərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlərdə igidliyinə və şücaətlərinə görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın