10:21 27 Dekabr 2019 184
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 27.12.2019

1. Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, bəstəkar Oqtay Məmməd oğlu Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olub.

2. SSRİ və Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə pianoçu Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açıb.

3. Şair, jurnalist, teleaparıcı, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Malik Fərrux oğlu İbrahimov 1948-ci ilin bu günü Laçında doğulub.

4. Türkiyənin kino aktrisası, türk kinosunun ilk qadın ulduzu, ilk qadın kinorejissoru və ilk qadın prodüseri Cahidə Sonku 1919-cu il dekabrın 27-də Yəməndə anadan olub.

5. Azərbaycanlı tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Dövlət Mükafatı laureatı, aakdemik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin anım günüdür.

6. Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu, Gəncə üsyanının şahidi Məhəmməd Altunbay da bu gün xatırlanır.

7. Şair, aktyor və ssenarist Sərvər Şahbəyli 2016-cı ilin 27 dekabr günü vəfat edib. O, 15 aprel 1962-ci ildə Ağsu şəhərində doğulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın