12:00 28 Mart 2020 239
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 28.03.2020

1. Bu gün Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edirlər.

2. Rus və sovet yazıçısı Aleksey Maksimoviç Peşkov 28 mart 1868-ci ildə Nijni Novqorodda anadan olub.

3. Azərbaycanın əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor Əziz Qurbanəli oğlu Şərifzadə (Əziz Şərif) 1895-ci il martın bu günü Naxçıvan şəhərində doğulub, orta təhsilini 1915-ci ildə Tiflisdə alıb.

4. Şair, publisist, Azərbaycan mədəniyyət nazirinin müavini Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 1924-cü il martın 28-də Şuşa şəhərində anadan olub.

5. Azərbaycanda kimya üzrə ilk elmlər namizədi və ilk elmlər doktoru, professor Şıxbala Əbülfəz oğlu Əliyev 1910-cu il martın bu günü Bakının Binəqədi kəndində anadan olub.

6. Bu gün Azərbaycanın əməkdar artisti, teatr, kino və televiziya aktyoru Firuz İslam oğlu Xudaverdiyevin anım günüdür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın