00:40 28 Noyabr 2019 45
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 28.11.2019

1) Azərbaycanın Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, dosent, professor, xalq artisti, bəstəkar Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub.

2) Azərbaycanın məşhur sərkərdələrindən Həsən Ağa Bakıxanov 1833-cü ildə Qubada anadan olub.

3) Azərbaycan sərkərdəsi, general Tərlan Əlyarbəyov 1892-cü ildə tarixin bu günü Şamaxıda dünyaya gəlib.

4) Elmi kommunizmin banilərindən biri – Fridrix Engels 1820-ci ildə Almaniyanın Barmen şəhərində dünyaya gəlib.

5) Məşhur Azərbaycan şairi, mütəfəkkir və maarifçi Mirzə Şəfi Vazeh 1852-ci ildə vəfat edib.

6) Bu gün Azərbaycan jurnalistikasının banisi, maarifçi – demokrat, publisist və pedaqoq Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib.

7) Tanınmış oftalmoloq, tibb elmləri doktoru, əməkdar elm xadimi Zəhra Quliyeva 2005-ci il noyabrın 28-də 82 yaşında vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın