12:00 30 Mart 2020 164
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 30.03.2020

1. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim, görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin ailəsində anadan olub.

2. Azərbaycanın xalq artisti, aktrisa Şəfiqə Haşım qızı Məmmədova 1945-ci il martın bu günü Dağıstanın Dərbənd şəhərində doğulub.

3. Geologiya-mineralogiya elmləri doktoru, professor Fatma Vəkilova 1912-ci il martın 30-da Qazax qəzasının Yuxarı Salahlı kəndində Çar Rusiyası və Xalq Cümhuriyyəti dönəmində məsul vəzifələrdə çalışmış İsmayıl ağa Vəkilovun ailəsində dünyaya göz açıb

4. Əməkdar incəsənət xadimi, rəssam Şamil Həsən oğlu Qazıyev 1908-ci il martın 30-da qədim Azərbaycan şəhəri İrəvanda anadan olub.

5. Azərbaycanın xalq rəssamı, rejissor və ssenari müəllifi Rafiz (Rafis) Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub.

6. Tarix elmləri doktoru, professor Eldar Rafiq oğlu İsmayılov 30 mart 1950-ci ildə Bakı şəhərində anadan olub.

7. Azərbaycanın xalq artisti, xanəndə Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu il martın bu günü Ağcabədi rayonunun Minaxorlu kəndində dünyaya gəlib.

8. Şəhid Sərvər Famil oğlu Abdinov 1974-cü il martın 30-da Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub.

9. Bu gün tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın, mama-ginekoloq Adilə Şahtaxtinskayanın anım günüdür.

10. Azərbaycanın xalq artisti, görkəmli opera müğənnisi Gülxar İbrahim qızı Həsənovanın xatirə günüdür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın