00:00 29 Mart 2020 302
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 29.03.2020

1. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor Fəzilə İbrahim qızı Səmədova 1929-cu ilin bu günü Şamaxıda anadan olub.

2. Azərbaycanın əməkdar incəsənət xadimi, professor, Azərbaycan Televiziyasının Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Azad Sabir oğlu Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olub.

3. Türk pop musiqisinin məşhur nümayəndələrindən biri, müğənni, bəstəkar və şair Kayahan Açar 1949-cu ilin bu günü İzmirdə anadan olub.

4. Azərbaycan müğənnisi Şəfa Səyyad qızı Hüseynova 29 mart 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olub.

5. Azərbaycanın Milli Qəhrəmanı İlqar Sədi oğlu İsmayılov 29 mart 1959-cu ildə Bakı şəhərində anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub.

7. Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Orxan İbrahim oğlu Həmidov 1980-ci ilin bu günü Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub.

8. Ağır atletika üzrə idman ustası, Azərbaycan və Avropa çempionu, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev 29 mart 1977-ci ildə Lənkəranda anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın