01:20 30 Oktyabr 2019 32
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 30.10.2019

1. Azərbaycanın görkəmli qadın maarifçilərindən biri Şəfiqə Əfəndizadə 1882-ci ilin bu günü Gürcüstanın Axalsix rayonunun Azğır kəndində anadan olub.

2. Tanınmış jurnalist, tərcüməçi, əməkdar mədəniyyət xadimi Adil Əfəndiyev 1907-ci ildə görkəmli maarif xadimləri – Ələddin Əfəndizadə və Şəfiqə xanım Əfəndizadənin ailəsində doğulub.

3. Tanınmış bəstəkar Şahid Əbdülkərimov 1938-ci ilin bu günü anadan olub. Onun “Təki sən səslə məni”, “Sevgilimə könül açdım”, “Hanı bəs vəfan sənin”, “Heç küsməyin yeridirmi”, “Ana məhəbbəti” və sair mahnıları tanınmış müğənnilərimizin repertuarında olub.

4. Bu gün həm də tanınmış fransız heykəltəraşı Emil Burdelin doğum günüdür. O, 1861-ci ildə anadan olub.

5. İspan şairi Migel Ernandesin də doğum günü oktyabra təsadüf edir. 1910-cu ildə dünyaya gələn şair vətəndaş müharibəsi dövründə ordu komissarı olub.

6. Tanınmış şair, əməkdar incəsənət xadimi Tofiq Mütəllibov 1992-ci ilin bu günü vəfat edib.

7. Bu gün eyni zamanda Azərbaycan ifaçılıq sənətinin tanınmış nümayəndəsi, xalq artisti Məmmədbağır Bağırzadənin anım günüdür.

8. Qırmızı Xaçın təsisçisi, dünya şöhrətli isveçrəli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Beynəlxalq Qızıl Xaç və Qırmızı Aypara Hərəkatının qurucusu Anri Dünan 1912-ci ilin bu günü vəfat edib.

9. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə Antanta ölkələri arasında Mudros sülh müqaviləsi imzalanıb.

10. Bu gün Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günüdür. 1974-cü il oktyabrın 30-da həbs altında saxlanılan dissident Kronid Lyubarskinin təşəbbüsü ilə Mordova və Perm islah düşərgələrində məhbusların aclıq aksiyası keçirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın