18:40 30 Noyabr 2019 40
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 30.11.2019

1. Azərbaycan şairi və tərcüməçisi, İlyas Tapdıq 1934-cü ilin bu günü anadan olub. O, noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub.

2. Bu gün eyni zamanda Azərbaycanın 10-cu Baş Naziri Əli Əsədovun doğum günüdür. O, 1956-cı il noyabrın 30-da Naxçıvanda anadan olub.

3. 30 noyabr həm də tanınmış rejissor Əmirhüseyn Məcidovun doğum günüdür. O, 1937-ci ildə Xızı rayonunun Tudar kəndində doğulub.

4. Böyük Britaniyanın məşhur siyasətçilərindən biri, dövlət və hərbi xadimi Uinston Leonard Spenser Çörçill 1874-cü ildə Oksford yaxınlığında doğulub.

5. Məşhur Amerika yazıçısı, Mark Tven təxəllüsü ilə tanınan Semyuel Klemens 1835-ci ildə Missuri ştatının Florida şəhərində doğulub.

6. Noyabrın 30-u 1988-ci ildən bütün dünyada Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü kimi qeyd olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın